Menu

Əlibəylidə döyüş gedir

06.08.2014, 00:50
Əlibəylidə döyüş gedir

Sakinlər hazırda kənddə vəziyyətin çox gərgin olduğunu deyir

Bir saata yaxındır ki, Tovuzun Əlibəyli kəndində döyüş gedir.

ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı Tovuz rayon Əlibəyli həkim məntəqəsinin həkimi Minayə İsmayılova verib.

Onun sözlərinə görə, döyüş bir saat öncə başlayıb. Hazırda kənddə vəziyyət çox gərgindir. Əməlli-başlı döyüş gedir.

Hər iki tərəfdən iri çaplı silahlardan atəş açıldığı bildirilir.

Cəbhəyə ən yaxın kəndlərdən sayılan Əlibəyli daim düşmən hücumlarına məruz qalır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol