Menu

KTMT-nin Baş katibi qısa müddətdə dəyişdiriləcək - Ermənistan XİN

20.10.2018, 20:23
KTMT-nin Baş katibi qısa müddətdə dəyişdiriləcək - Ermənistan XİN

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi, general-polkovnik Yuriy Xaçaturovun əvəzlənməsi prosesi qısa müddətdə başa çatacaq". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.

"Baş katibin dəyişdirilməsi prosesi və yeni rəhbərin təyin olunması iki mərhələdə keçiriləcək. KTMT Baş katibinin əvəzlənməsinə gəlincə, bu proses qısa müddətdə başa çatacaq", - o deyib.

Ş.Koçaryan vurğulayıb ki, ya KTMT Baş katibinin namizədliyini irəli sürən ölkə yeni namizədi təklif edəcək, ya da təşkilata sədrlik əlifba sırası ilə başqa ölkəyə keçəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol