Menu

Azərbaycanda 160 gəmiçiyə mənzil veriləcək

22.10.2018, 16:06
Azərbaycanda 160 gəmiçiyə mənzil veriləcək

Bu ilin sonuna qədər Bakıda Gəmi Muzeyi açılacaq. “Report” xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev məlumat verib.

“Paytaxdakı Dövlət Bayrağı Meydanının yaxınlığında Gəmi Muzeyinin açılışını planlaşdırırıq”, - deyə o qeyd edib.

Gəmiçiliyin rəhbəri həmçinin bildirib ki, rəhbərlik etdiyi qurumun 160 illiyi münasibəti ilə həyata keçirilən “160 il - 160 mənzil” layihəsi çərçivəsində növbədə olan 160 gəmiçiyə mənzillər təqdim ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol