Menu

Yevlaxda avtomobil 15 yaşlı gənci vurub

22.10.2018, 22:10
Yevlaxda avtomobil 15 yaşlı gənci vurub

Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un Qərb bürosunun məlumatına görə, hadisə Nizami küçəsində qeydə alınıb.

Ağdam rayonundan məcburi köçkün olan, 1991-ci il təvəllüdlü Nizami Şirinov idarə etdiyi "VAZ-21023" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Yevlax şəhər sakini, 2003-cü il təvəllüdlü Cəlal Qasımovu vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib. C.Qasımovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol