Menu

Bakıda yük avtomobili aşdı - Yolda tıxac var (FOTO)

26.10.2018, 09:15
Bakıda yük avtomobili aşdı - Yolda tıxac var (FOTO)

Bu gün səhər saatlarında Xətai rayonu, Zığ dairəsində yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə dairənin Naxçıvani küçəsinə dönən hissəsində qeydə alınıb.

21 AC 158 dövlət nömrə nişanlı yük avtomobili Zığ dairəsində idarəetməni itirərək aşıb. Hadisəyə yüksək sürət səbəb olduğu ehtimal edilir.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Yük avtomobilinin aşmasından sonra yolda tıxac yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol