Menu

Havaylarda tufandan sonra bir adacıq «yoxa çıxıb»

26.10.2018, 09:18
Havaylarda tufandan sonra bir adacıq «yoxa çıxıb»

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Havay arxipelaqında adalardan biri «Valaka» tufanından sonra su altında qalıb. Bu barədə «RT» telekanalı xəbər verib.

ABŞ balıq resurslarının və vəhşi heyvanların qorunması Xidmətinin peyklərdən aldığı məlumatlara görə, «Şərq» adası tamamilə su altında qalıb. O, böyüklüyünə görə (uzunluğu 1 kilometrə yaxın və eni 120 metr), ərazidə ikinci idi. «Şərq» adasında yaşıl dəniz tısbağası populyasiyasının təxminən yarısı yaşayırdı. Onlar məhv olmaq ərəfəsində idi.

Sakit okeanın şimal hissəsində yerləşən arxipelaq 24 adadan ibarət idi. Alimlər ehtiyat edirlər ki, iqlim dəyişməsi səbəbilə, digər adalar da «yoxa çıxa» bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol