Menu

VI Bakı Beynəlxalq Humanitar Forumun bəyannaməsi qəbul edilib

26.10.2018, 13:40
VI Bakı Beynəlxalq Humanitar Forumun bəyannaməsi qəbul edilib

VI Bakı Beynəlxalq Humanitar Forumu başa çatıb.

"Report"un məlumatına görə, sonda forumun bəyannaməsi qəbul edilib.

Bəyannamədə bildirilib ki, forum iştirakçıları kəskinləşən münaqişələri, zorakı ekstremizmi, terrorçuluğu və bununla əlaqədar humanitar böhranları, insanların məcburi yerdəyişmələrini qətiyyətlə pisləyirlər.

Bununla yanaşı, forum iştirakçıları mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası səmərəli dialoqa nail olmaq istiqamətində qazanılmış nailiyyətlərə baxmayaraq, dünyada hələ də ksenofobiya, irqi ayrı-seçkilik, dözümsüzlük və multikulturalizm siyasətinin nailiyyətlərinin və imkanlarının nəzərə alınmaması hallarının olduğunu vurğulayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol