Menu

Moskvada terrora hazırlaşan İŞİD-çilər tutuldu

26.10.2018, 21:02
Moskvada terrora hazırlaşan İŞİD-çilər tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada terror törətməyə hazırlaşan 6 İŞİD üzvünü ələ keçirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ələ keçirilən İŞİD-çilər terror aktlarını odlu silah və partlayıcı qurğulardan istifadə etməklə həyata keçirməyə hazırlaşıb.

Saxlanılanlardan odlu silahlar, terror aktlarının hazırlanmasına aid məlumatlar, partlayıcı qurğuların hazırlanması sxemi və bir miqdar pul götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol