Menu

Bakıda güclü külək bəhanəsi ilə ağacları qəsdən kəsirlər –BŞİH açıqlama verdi

27.10.2018, 00:44
Bakıda güclü külək bəhanəsi ilə ağacları qəsdən kəsirlər –BŞİH açıqlama verdi

Bakıda müşahidə edilən güclü külək bəhanəsiylə ağacların qəsdən məhv edilməsi faktları aşkarlanıb.Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov özəl olaraq Trend-ə bildirib ki, şəhər sakinləri arasında ağacları bilərəkdən kökündən çıxaranlar da var.

BŞİH rəsmisi hazırda həmin faktların dəqiqləşdirildiyini deyib: “Çox təəssüf ki, belə havadan sui-istifadə edənlər də olur. Bəziləri qəsdən obyektlərin qarşısında olan ağacları aşırır və sonra da deyirlər ki, gecə külək sındırıb. Əslində isə həmin ağac onların öz maraqlarına uyğun olmadığı üçün bu hərəkəti ediblər”.

Qeyd edək ki, ötən gündən bəri şəhərin müxtəlif yerlərində 60-a yaxın ağacın aşması barədə müraciət daxil olub. Müraciətlər daha çox Yasamal, Səbail, Nəsimi və Xətai rayonlarından daxıl olub.

Şərhlər

t.ədalət 2018-10-27 00:44:39

Ancaq Bakıda həyətlərdə hər an yıxılıb adam öldürəcək ağaclar da az deyil.Əhali nə qədər yazılı müraciət etsə də çarə edilmir.Ağacların kəsilməsi üçün Bakı Yaşıllaşdırma idarəsi o qədər pul istəyir ki, onu toplayıb verməyə adamların imkanı çatmır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol