Menu

Azərbaycana ilk qar yağıb - FOTO

27.10.2018, 09:06
Azərbaycana ilk qar yağıb  - FOTO

Azərbaycanın şimal-qərb bölgəsinə ilk qar yağıb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, oktyabrın 25-dən 26-ə keçən gecədən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti höküm sürüb.

Bölgəyə fasilələrlə yağış yağıb, bölgənin düzənlik ərazilərində havanın hərarəti müsbət 8 dərəcəyə qədər aşağı düşüb. Oktyabrın 26-dan 27-ə keçən gecə isə Böyük Qafqaz dağlarının cənub ətəyinin Şəki, Qax, Zaqatala və Balakən rayonlarına düşən hissəsinə ilk qar yağıb.

Bundan əvvəl Qəbələ rayonu ərazisində zəlzələ olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol