İndoneziyada "Lion Air" lou-kost aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyarəsi qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadən CGTN məlumat yayıb.
Qəza təyyarə daxili reys ilə paytaxt Cakartadan Panqkal-Pinanq şəhərinə uçan zaman baş verib. "Lion Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində heyət üzvləri ilə birgə 189 nəfər olub.
Hadisə barədə ilk xəbəri yerli axtarış və xilasetmə xidməti əməkdaşına istinadən "Reuters" yayıb.
"Lion Air" bazar ertəsi səhər hava gəmisi ilə əlaqənin itdiyini təsdiq edib.
Paytaxt Cakartadan Pankalpinanq şəhərinə gedən təyyarə uçduqdan 13 dəqiqə sonra radarlardan itib. Sonradan təyarənin Yava adasının qərb sahillərində dənizə düşdüyü məlum olub.
Artıq təyyarənin qəzaya uğradığı yer əraziyə göndərilmiş vertolyot və üç gəmi tərəfindən aşkar edilib.


Şərhlər