Menu

Səyyar xidmət avtobusu Bakının kənd və qəsəbələrinə doğru irəliləyir

29.10.2018, 12:22
Səyyar xidmət avtobusu Bakının kənd və qəsəbələrinə doğru irəliləyir

Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasının əsas hədəfi vətəndaşlara ünvanlarda rahat, sürətli və keyfiyyətli xidmətlər göstərməkdir.

Komitədən verilən məlumata görə, Abşeron rayonu üzrə müxtəlif yerlərdə reallaşan kampaniyanın mobil xidmətləri artıq paytaxtın kənd və qəsəbələrində keçirilir. Səyyar avtobusun buhəftəki dayanacağı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi olacaq. Kənd sakinləri 30-31 oktyabr tarixlərində saat 09:00-dan 17:00-a qədər bütün növ daşınmaz əmlakın qeydiyyat xidmətlərindən yararlana biləcək.

Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 12 ünvanında yerləşən səyyar ofisdə sakinlərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri göstəriləcək. İctimai əhəmiyyətli kampaniya sayəsində bütün xidmətlər ərazi idarələrindəki kimi göstərilir. Sosial aksiyaya yeniliklərin cəlb olunması ilə artıq daha çox vətəndaşın xidmətlərdən istifadəsi təmin olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol