Tunis şəhərinin mərkəzində güclü partlayış baş verib. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Həbib Bürgibə prospektində, bələdiyyə teatrının qarşısında qeydə alınıb.
İlkin məlumata görə, xanım intiharçı-kamikadze tərəfindən törədilən partlayış nəticəsində 1 polis ölüb, 9 polis və 1 mülki şəxs də yaralanıb.
Terrorçuların hədəfinin polis patrulu olduğu bildirilir.


Şərhlər