Menu

İsrail və fələstinlilər atəşkəsi uzatmaq barədə razılığa gəliblər

07.08.2014, 08:33

israil felestinQahirədə fələstinlilər və israillilər arasında atəşkəsin daha bir neçə gün uzadılması haqqında razılaşma əldə edilib.

APA-nın İTAR-TASS agentliiynə istinadən verdiyi məlumata görə, bu barədə “Əl-Ərəbiyyə” telekanalı xəbər yayıb.

Hazırda tərəflər arasında 72 saatlıq atəşkəs qüvvədədir. Eyni zamanda, İsrail qoşunlarını Qəzzadan çıxarıb.

Misir mətbuatının yazdığına görə, tezliklə İsrail nümayəndə heyəti Misirin xarici kəşfiyyatı vasitəsilə Fələstinin irəli sürdüyü tələbləri cavablanıracaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol