Menu

“Azərbaycan gəncləri arasında işsizlik göstəricisi orta rəqəmdən 2 dəfə yüksəkdir” - Nazir müavini

30.10.2018, 12:27
“Azərbaycan gəncləri arasında işsizlik göstəricisi orta rəqəmdən 2 dəfə yüksəkdir” - Nazir müavini

“Azərbaycanda gənclərin işlə təmin olunması istiqamətində ciddi addımlar atılsa da, gənclər arasında işsizlik göstəricisi orta rəqəmdən 2 dəfə yüksəkdir”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin (AMAL) təqdimatında deyib.

“2017-ci ilin yekununda gənclər arasında işsizlik göstəricisi 9,2% təşkil edib. Bu rəqəm gənc qadınlar arasında 11%-dir. Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluq proqramının icrasına 36 mln. manata yaxın vəsait sərf edəcək. Artıq 7 800 nəfər bu proqrama cəlb olunub. Onlara treyninqlər keçirilib, biznes planlarının hazırlanması ilə bağlı biliklər aşılanıb. 6 530 nəfər biznes planını təsdiqləyib. Bu planların 70%-i aqrar sahə ilə bağlıdır. İlin sonuna qədər proses yekunlaşdırılacaq", - deyə o, qeyd edib.

Şərhlər

- 2018-10-30 12:27:14

Bu cənabı isdən cıxaracaqlar. Bizdə ishzislik yoxdur. Hamı isləyir.Hamı varlıdır.

EJDER 2018-10-30 12:27:14

EWWI, BIZDE IWZIZLIK 5 FAIZDIR.KEYF ELEYIN...

Vətəndaş 2018-10-30 12:27:14

Ay nazir müavini,Sizn rəqəmlər də ən azı 4 dəfə aşağıdır.Gənclərin yarıdan çoxu işsizdir.İşləyən gənclərin əksəriyyəti vəzifədə olan YAP-çıların,deputatların və onların qohumlarının uşaqlarıdır.Siz Statistika Komitəsinin əsassız rəqəmlərinə inanmayın.Şəhərə,rayonlara çıxın küçələrə,çayxanalara,bazarlara baxsanız bunu görərsiniz.Statistika yalan olduğundan əsl həqiqət gizlədilir.Hətta Prezidentə də işsizlik barədə yalan məlumat ötürülür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol