Menu

Gələn il ABƏŞ neft hasilatını artıracaq

30.10.2018, 17:05
Gələn il ABƏŞ neft hasilatını artıracaq

2019-cu ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə neft hasilatının bu ilin proqnozu ilə müqayisədə 0,6 mln. ton artırılaraq 30,9 mln. ton həcmində olması proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.

Gələn il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə isə neft hasilatının bu ilin proqnozu ilə eyni səviyyədə- 7,6 mln. ton həcmində olacağı nəzərdə tutulur.

Qeyd edək ki, gələn il Azərbaycanda neft hasilatının həcminin 38,5 mln. ton təşkil edəcəyi proqnozlaşdırılır. Bu il neft hasilatının 37,8 mln ton. olacağı nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol