Menu

Türkiyə Aralıq dənizində neft axtarmağa başlayır

31.10.2018, 10:55
Türkiyə Aralıq dənizində neft axtarmağa başlayır

Türkiyə Aralıq dənizində neft və qaz axtarışlarına başlayıb.

Trend-in məlumatına görə, kəşfiyyat işlərinin aparılması üçün bu gün “Fatih” seysmik-kəşfiyyat gəmisi suya salınıb.

Bundan başqa, yaxın aylarda Mersin vilayətində quruda neft və qaz axtarışlarının başlanması planlaşdırılır.

Qeyd edək ki, 2014-cü ilin aprelində Türkiyədə meşə və milli parklarda neft axtarışlarına icazə verən qanun qüvvəyə minib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol