Menu

Hökumət ünvanlı sosial yardımlar üçün vəsaiti azaldır

31.10.2018, 16:04
Hökumət ünvanlı sosial yardımlar üçün vəsaiti azaldır

2019-cu ilin dövlət büdcəsi zərfində təqaüdlər və sosial müavinətlər istiqaməti üzrə 171200 min manat vəsait ünvanlı dövlət sosial yardımların (ÜSY) ödənişi üçün proqnozlaşdırılıb.

Modern.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd edilib.

Sənəddə göstərilib ki, bu vəsait 2017-ci ilin icrasından 43517 manat və ya 20,3 faiz, 2018-ci ilin təsdiq edilmiş proqnozundan isə 35000 min manat və ya 17 faiz azdır.

Eyni zamanda, “Büdcə zərfi”nə daxil edilmiş məlumatlara əsasən, növbəti ildə ünvanlı dövlət sosial yardımlarının verilməsi üçün ehtiyac meyarının 10 faiz artırılaraq 143 manat məbləğində təsdiq olunması nəzərdə tutulur.

Şərhlər

t.ədalət 2018-10-31 16:04:39

Ünvanlı sosial yardıma ayrılan vəsait dövlətin iqtisadi vəziyyətini göstərən barometrdir.İqtisadiyyat nazirliyinin yarıtmaz fəaliyyəti nəticəsində bu gün bəh-bəhlə açılan istehsal sahələri, sabah yoxa çıxırlar.Bakı-Şamaxı istiqamətində,vaxtı ilə işə salınan müəssisələrin hamısı ağzı günə qalıb,işləmir.Bəziləri isə "müflis olma" haqqında məhkəmə qərarı çıxartdırıb yediklərini qanuniləşdırırlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol