Menu

Spiker hirsləndi - “Bura nə ABŞ-dır, nə də Hollivud”

02.11.2018, 13:45
Spiker hirsləndi - “Bura nə ABŞ-dır, nə də Hollivud”

Milli Məclisin bu gün keçirilən iclasında daha bir mübahisə yaranıb.

Modern.az-ın məlumatına görə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanun layihələrini Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov geniş təqdim edib.

Milli Məclisin sədri Oqtay Əsədov isə qanun layihəsini III oxunuşda geniş təqdim etdiyinə görə Rafael Hüseynova irad tutub.

“Rafael müəllim, qanun layihəsi artıq üçüncü oxunuşda müzakirəyə çıxarılır. Ancaq sən təzə qanun layihəsi təqdim edirsən. Bura nə ABŞ-dır, nə də Hollivud. Bura Azərbaycandır və qanun layihəsi də 3-cü oxunuşda müzakirəyə çıxarılır”.

Daha sonra Rafael Hüseynov Oqtay Əsədova cavab verib: “İcazə verin mən sözümü bitirim. Sonra qanun layihəsini təqdim edəcəyəm”.

Şərhlər

Tərlan 2018-11-02 13:45:18

Milli məclis monopolist,biznesmen yığnağıdır.Orada dərs keçmirlər.hər kəs öz gəlirini qoruyur.Kimdiir orada milləti düşünən?Onları millət seçib ki, millətə hesabat-zad versinlər? Hərəsi 10-20 ildir oturub orda öz mənfəətlərini qoruyurlar.Sabir demişkən: Millət necə tarac olur-olsun nə işim var. Dalısı məlum.

ayzek 2018-11-02 13:45:18

NİLLİ MƏCLİS HOLLİVUD OLMASA DA HEÇ BİRİNİZ AL PAÇİNODAN GERİ QALMAZSINIZ!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol