Menu

İranın XİN başçısı bir həftədə ikinci dəfə Türkiyəyə səfər edəcək

02.11.2018, 14:32
İranın XİN başçısı bir həftədə ikinci dəfə Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif noyabrın 2-də Türkiyəyə səfər edəcək.

“Report” xəbər verir ki, məlumatı “Hürriyet” yayıb.

Qeyd edək ki, M.Zərif oktyabrın 29-da Türkiyədə səfərdə olub. Onun yenidən Türkiyəni ziyarətinin ABŞ-ın sanksiyası ilə bağlı olacağı ehtimal edilir.

ABŞ-ın noyabrın 4-də İranın energetika sahəsinə sanksiya tətbiq edəcəyi gözlənilir. Türkiyə rəsmiləri bu məsələdə onlara da güzəşt ediləcəyinə güvənirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol