Menu

“Petkim”ə 364 mln. lirə investisiya qoyulub

02.11.2018, 16:53
“Petkim”ə 364 mln. lirə investisiya qoyulub

Bu ilin 9 ayı ərzində Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” neft-kimya kompleksinə 363,7 mln. Türkiyə lirəsi məbləğində investisiya yatırılıb.

“Report” bu barədə “Petkim Holding”in məlumatına əsasən xəbər verir.

Bu ilin investisiyaları fabriklərin modernizasiyası, enerji səmərəliliyi, ətraf mühit və digər istiqamətlərə yönəldilir.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol