Menu

O “MÖHTƏŞƏM” ÇIXIŞA BİR DƏ BELƏ BAXIN! - Yenə də anlamayanlar Vahid Əhmədovdan soruşsun!

04.11.2018, 22:53
O “MÖHTƏŞƏM” ÇIXIŞA BİR DƏ BELƏ BAXIN! - Yenə də anlamayanlar Vahid Əhmədovdan soruşsun!

Azərbaycan diplomatiyasının başçısı Elmar Məmmədyarovun İstanbulda 3 ölkənin xarici işlər nazirlərinin görüşündəki “möhtəşəm” çıxışı ilə bağlı müzakirələr davam edir.

Maraqlıdır ki, nə dediyi və demək istədiyi anlaşılmayan naziri tənqid edənlərlə yanaşı onun müdafiəsinə qalxanlar da az olmadı. Onlardan biri nazirin atası, akademik Məhərəm Məmmədyarovdur ki, bu da təbii və başadüşüləndir. Ancaq hörmətli akademikin "Azərbaycanca təmiz danışan o qədər əclaflar var ki", deyə, oğluna haqq qazandırması, yumşaq desək, mahiyyəti təhrif etmək cəhdi idi. Bəli, təkcə azərbaycanlıların arasında deyil, bütün digər xalqlarda da öz dilində təmiz danışan əclaflar var. Ancaq öz dilini bəyənməyən, ona yuxarıdan aşağı baxan, bu dildə gündəlik həyatında danışmağı özünə sığışdırmayan, ən pisi də odur ki, heç öyrənməyə belə cəhd etməyən və əvəzində 5-6 xarici dil bilməsilə öyünənlər də var! Və belələri öz dilində təmiz danışan əclaflardan heç də az təhlükəli deyillər...

Yenə də Məhərrəm müəllimi qınamaq yəqin ki, doğru olmaz. Ancaq onun oğlu hər halda, elə edə bilərdi ki, atası bu yaşında ona haqq qazandırmaq üçün özünə belə əziyyət verməyə məcbur olmasın...

Doğrusu, nazirin müdafiəsinə qoşulanlar sırasında deputat Vahid Əhmədovun da görünməsi bir qədər maraqlıdır: "Elmar Məmmədyarov bir çox xarici dilləri bilir. Ola bilər ki, məhz bu səbəbdən Elmar müəllimin ana dilində danışmasında müəyyən nöqsanlar olsun. Əsas odur ki, Elmar Məmmədyarov vətənpərvər insandır. Peşəkar siyasətçidir. Mən ona qarşı səsləndirlən fikirlərlə razı deyiləm”.

Deputat deyir ki, nazirimiz vətənpərvər və savadlıdır. Vətənpərvərlik vətənə sevgi göstəricisidir. Ancaq Vahid müəllimdən soruşmaq olardı ki, bir insanın vətən sevgisi öz doğma dilini öyrənməyə yetəcək qədər deyilsə, onu necə vətənpərvər adlandırmaq olar? Yaxud onun savadı heç olmasa nazir işlədiyi son 14 ildə bir dili, özü də qanında daşıdığı doğma dili öyrənməyə yetmirsə, onu necə savadlı və peşəkar adlandırmaq olar? Vahid müəllim, axı niyə demirsiniz ki, E.Məmmədyarov və onun qəlibindəki adamlar sadəcə, öz dilinə qarşı hörmətsizlik edir, onu bu cür mötəbər tribunalarda aşağılayır və alçaldırlar?...

Odur ki, E.Məmmədyarovu həmin çıxışına görə qınayanları tənqid etmək deputatımız üçün heç də uğurlu seçim deyil. Və normalda əlbəttə ki, heç kimin müdafiəsinə ehtiyacı olmayan nazir özü çıxıb bütün bu söz-söhbətlərə son qoya bilərdi. Ancaq nədənsə, bunu etmir, səbəbini də yəqin ki, Vahid müəllim daha yaxşı bilər...

Digər tərəfdən, yaxşı, deyək ki, atası oğlunun dilindən anlayır, bəs Vahid müəllim? Bəlkə o da başa düşüb nazirin nə dediyini? Əgər başa düşübsə, aşağıda onun çıxışının min bir zillətlə çıxardığımız stenoqramını dərc edirik. Zəhmət deyilsə, tərcümə etsin və qoy xalqımız nəhayət ki, öz vətənpərvər və peşəkar nazirinin nə dediyini anlasın:

"Təşəkkür edirəm, hörmətli Mövlud bəy, mənim əziz dostum, qardaşım (bura qədər hər şey yaxşı gedir-red.). İlk növbədə əlbəttə ki, mən e öz adımdan, Azərbaycan xalqın adından, Azərbaycanın rəhbərliyinin adından Türk Cümhuriyyəti günüynən sizi təbrik eləmək istəyirəm, 95 iliynən. Bu çox önəmlidir qtə əlamətli bir gündür. Doğru deyak ta (deyəsən belə dedi-red.) enerji baxımından bildiyiviz kimi məsələn ən önəmli ee, artıq bu boru lap x Transanatoliya maypray (təxminən belə deyir-red.) TANAP adlandıran bir borudur, o da birdəfəlik. Əgər biz söyləyək bu cənubi e a dəhlizin bir hissəsidir. Ümumiyyətlə, xatırlatmaq istəyirəm ki, biz ələ bir on sənə (yəqin ki, türk dilində "il" demək istəyir-red.) bundan öncə e Baku-Tbilisi-Ceyhan neft borunu təqdim elədük, onun üstündə (?) də indi qaz boruları, o cümlədən a transanatoliyanpayprayn (deyəsən belə deyir-red.) TANAP adlandıran artıq öz işini, fəaliyyətini başlayıb. Keçən ay Türkiyədə Ulduz Neftqayırma ("Neftayırma" yox, məhz "Neftqayırma"-red.) a Zavodunun açılışına oldu. O da gətirdik Azərbaycanın sərmayaları Türkiyəyə, yalnız Türkiyəyə 15 milyarda ABŞ dolları yaxın oldu. Və biz inanırıq ki, bu enerji layihələr ondan sonra da çox faydalı olıcey, həm Azərbaycan üçün, həm Gürcüstan üçün, həm Türkiyə üçün və daral davamlı olaraq, transanatoliya traypray (deyəsən belə deyir, amma bu yerdə səhv etdiyini anlayır-red.), ee transadriatik trayprayn iyirmi iyirmidə ("iki min iyirminci ildə" demək istəyir-red.) İtaliya bazarına da Azərbaycandan istehsal olunan neft (yenə səhv etdiyini başa düşərək, düzəldir-red.) e qazı gətirə bilər...

Mən çox istifadə edən adamlar deyir ki, bəs hamdı be beynalxalq hava limanları əfsuslar döyül ki ("təsadüfi deyil ki" demək istəyir-red.) əksəriyyəti yolu dünyaya gedəndə Bakıynan İstanbul arasında ən belə yaxşı trafik var... İki min iyirmi birci il üçün və a e ilk növbədə o mən demişkən ki, sıktor(?) sıktoriol e inkişafçı dü cürbəcür dipli o biri nazirlər də, mütəxəssislər də daha da geniş iş apar..."

Cəlal MƏMMƏDOV

AzPolitika.info

Şərhlər

Bəhram Qarabaglı 2018-11-04 22:53:02

Hansısa amilə gorə iş тəklifində adam şərтlərə və oz bacarıgına şübhəsi olan halda imтina edir. Azərbaуcan BMТ ТŞ üzvüdür, sədrlik edir, AŞPAnın da ТŞ sədridir ki, BMТnin operaтiv DQMV qərarı 25 il uzadılsın? Axı, ciddi siуasi-hüquqi уanaşma ilə Azərbaуcan rəsmən bir aуа, reallıqda bir neçə aуa Qarabagı hərbi əsarəтdən çıxara bilərdi. Ermənisтan və Kreml də Azərbaуcanın ərazi büтovlüуünü тanıуırsa, onda XİN və E.Məmmədova уeni kəşflər qalmır. Dildən(susa da bilər) oncə qəтi hüquqi düşüncə gərəkdir.

Azərbaycan vətəndaşı 2018-11-04 22:53:02

Daşqın Şükürov Azərbaycan ratatsiya qaydası ilə TŞ-nın qeyri-daimi üzvü seçilmişdir.Burada Məmmədyarovun heç bir rolu yoxdur.Bu BMT-nin əsanaməsinə uyğun olan bir seçim idi.O biri dövlətlərdə ratatsiya qaydası ilə TŞ-nın üzvü seçiıirlər.

analitik 2018-11-04 22:53:02

Şərh yazan Əli Məmmədova! Hörmətli cənab Məmmədov, sizin məntiqinizdən belə çıxır ki, xaici işlər nazirinin Azərbaycan dilini bilməsi o qədər də vacib deyildir? Tam yanlış düşüncədir. Aydın məsələdir ki, xarici işlər naziri xarici dili bilməlidir. Ancaq Azərbaycan dilində danışmağı özünə ar bilən insanın xaricdə Azərbaycanın milli mənafeyini qoruması, təəssübünü çəkməsi absurddur! Ötən müddətdə Qarabağın işğaldan azad edilməsində qazanılan "nailiyyətlər" dediklərimizin sübutudur.

Əli Məmmədov 2018-11-04 22:53:02

Burda rey yazanlarin, vetenperverlikden agiz dolusu danishanlara birce sual vermek lazimdi: Siz Azerbaycan dilinde danishib olke ucun, dovlet ucun ne etmisiz???? Xarici Ishler naziri adindan da gorunduyu kimi xarici ishler ile meshgul olur, meger nazir diger olkelerin xarici ishler nazirleri ile azerbaycan dilinde danishir? Bu ne mentiqdi, bu ne polemikadi, bu ne dushuncedi??? Xarici İshler Nazirinin gecesi gunduzu yoxdu, butun gunu xarici olkelerde rayonlarimizin ermeniler terefinden ishgal olundugu barede cixishlar edir, butun dunyani ishgala son qoymaq ucun ermenistana tezyiq etmeye cagirir. Siz de burda bashlamisiz azerbaycan dili bilmir. Elmar Memmedyorov bashqa saheye rehberlik etseydi bu gun sizin reylerinize haqq qazandirardim. Xarici Ishler Nazirinin azerbaycan dilini derinden bilmesi qebahet deyil, eksine, azerbaycan dilini selist bulib, ingilis dilini zeif bilseydi bu boyuk qebahet sayilardi.

analitik 2018-11-04 22:53:02

Hörmətli oxucular! Bu gün Mərkəzi icra orqanlarının rəhbərlərinin əksəriyyəti bu vəziyyətdədir. Götürün rabitə nazirini, nə bilim metronun rəisini, AZAL prezidentini, səhiyyə nazirini, idman nazirini və s. Bunların təfəkkür və həyat tərzi milli düşüncəyə tamamilə zidd olan yabançılardır. Bunlar iş yerində yalnız rusdillilərdən ibarət komanda yaradır, milli dildə danışmağı özlərinə ar bilirlər. Bu acı reallıqdır. Ana dilində danışmağı ar bilənin vətənpər olması absurd deyilmi?

Ülvi 2018-11-04 22:53:02

Hörmətli Daşqın sizin yazdıqlarınıza qoşuluram. Düzgün buyurursuz.

Arif 2018-11-04 22:53:02

Analoqu olmayan Azərbaycan xarici işlər naziri !

Bakili 2018-11-04 22:53:02

Nazir qarga dilnde danisir.Rus dilinde de ele bele danisir

Azad-a 2018-11-04 22:53:02

İzahatın gözəldir.Ancaq qeyd etdikləriin Məmmədyarovda olduğunu necə sübut edə bilərsən ki,keçən müddət ərzində Məmmədyarov iş qabiliyyəti ilə faktiki olaraq özünün bilik və bacarıq səviyyəsinin diplomat işinə yaramadığı, nazirliyi idarə edəə bilmədiyi ilə sübut edib.
Belə halda Sizin fukrinzin doğruluğu şübhəli deyilmi?

Veteran 2018-11-04 22:53:02

Memmedyarov burda ona tenqid yazanlardan qorxmasin! En tehlukeli insanlar burda ona terif deyenlerdir! Bu gece nazirin iwden cixarlimasi barede serencam oxunsa burda ona terif yagdiranlarin hec biri seher acilanda ona hec salam da vermeyecek! Tak cto meddahliq etmeyin!

SDISD7UYIUYK 2018-11-04 22:53:02

HGGHHHGHHHHHHH HHHHHHHHHHHHHHHHH HHHHH HHHHH HHSDJSDTRUJHSDRTJ HNSDGJHGMKJHLOUI;PP=]
[P;KLKMJNHVB HM ,.MM,MMMMMMMMMMM MMMMMMMIIIIIIIII

Daşqın Şikarov 2018-11-04 22:53:02

Azərbaycan müstəqillik əldə etdikdən 20 il sonra BMT kimi nüfüzlu təşkilatın Təhlükəsizlik Şurasının qeyri daimi üzvi seçilib. Bu gənc müstəqil dövlət üçün cox ciddi və böyük uğurdu. Bu qələbədə şübhəsiz ki xarici işlər naziri kimi Elmar Məmmədyarovun böyük xidmətləri var. Xarici İşlər Naziri Elmar Məmmədyarov ən mötəbər beynəlxalq təşkilatların tribunalarından Azərbaycanın Ermənistan tərəfindən işğalı faktını dəfələrlə qaldırmış, ölkəmizin haqlı mövqeyini dünya birliyinin diqqətinə çatdırmış və ermənistanın işğalcı dövlət kimi tanınmasında var gücü ilə fəaliyyət göstərmişdir. Preident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasətin nəticəsi olaraq bu gün dünya birliyi işğal olunmuş Azərbaycan torpaqlarını Kəşmir məsələsində olduğu kimi mübahisəli ərazilər deyil, məhz Azərbaycanın işğal olunmuş əraziləri kimi qəbul edir.

Əlikram 2018-11-04 22:53:02

Analoqu olmamaq elə bu deməkdir ki, heç bir ölkədə ixtisasına uyğun olmayan,öz ana dili sayılan təmsil etdiyi öölkənin dilini bilməyən,milyardlarla oğurlayıb sərbəst gəzənŞ nazir,komitə sədri olmur.Amma bizdə var! Heç həbəçistanda belə rast gəlmədiyiniz cəzasız qalan oğurluq,rüşvət bizdə var.Misal: işdən azad edilən Fazil və Ziya Məmmədovlar, İbrahimovlar,AZenerıi, DTN və sairə.Hələ işini davam edənlərə növbə çatmayıb.
Yazıq Məmmədyarov neynəyib ki, Guya Rəsizadə səlist azərbaycan dilini bilirdi?

Azpolitikaya 2018-11-04 22:53:02

Qardaw bir bele iw gormusen hec olmasa bu yazinin altinda yazaydin ki, E.Memmedyarovun cixiwini azerbaycan diline tercume etdi : Celal Memmedov

semed 2018-11-04 22:53:02

ne qeder savadli insan olsa da bu cixisdan sonra istefa vermelidir.eger ozune zerre qeder hormet eleyirse

G.M 2018-11-04 22:53:02

Nə istiyirsiz məmmədyarovdan..o özü nazir olmuyub ki,bizlərin seçdiyimiz təyin edib.deməli yararlıdır.noolsun ki,nə işlə məşğul olduğunu,Ana dilini bilmir.

Mudafiecilere 2018-11-04 22:53:02

Burada nazirin rusvayci cixiwina beraet qazandirmaq isteyenler demek isteyir ki, sabah Allah elememiw Memmedyarov baw nazir teyin olunsa o azerbaycan dilinde temiz selist daniwmaga bawlayacaq?!Yeni bele bawa duwdum ki, spesfik vezife Memmedyarova azerbaycan dilinde daniwmaga imkan vermir?! Cavuwoglu ingilis dilinde tehsil alib bu dilde de mudafie edib, alman ingilis yapon dillerini temiz bilir hazirda ise rus dilini oyrenir! Ancaq nece olursa onun ana dilinde daniwigi hetta bizim terefden bawa duwulendi!

ERMƏNİ-XAİES QARAÇI TAYFASI: 2018-11-04 22:53:02

....DQ-7 RAYONUN İŞĞALDAN AZAD OLUNMASI İSTİQAMƏTİNDƏ XARİCİ İLƏR NAZİRLİYİNİN DİPLOMATİK CƏBHƏDƏ SƏRİŞTƏLİ VƏ TƏŞƏBBÜSKAR BİR AKTİV FƏALİYYƏTİ OLMAMIŞDIR, ODUR Kİ: XARİCİ İŞLƏR NAZİRLİYİ TAM TƏRKİBDƏ İSTEFAYA GÖNDƏRİLMƏLİDİR!

AKKACANI: 2018-11-04 22:53:02

SERJİK SARKİSYAN BUNDAN TƏMİZ DANIŞIR...

BABAYEVA ASYA EHMEDELI Qi 2018-11-04 22:53:02

guya sizlar digar nazirlarin na dediyini vanaya gora dediyindan natica cixarirsiniz masallah

Mehdi 2018-11-04 22:53:02

Guya o biri nazirler selist,qeseng daisib olkeni aq gune cixardiblar?Hansini isden cixardib orasi burasini qurdaladilar milyardlar oqurlayib dediler.Milyonlar yox haaa milyardlar.Baslayiblar Memmedyarov bele danisdi heyle danisdi.

Maqsud 2018-11-04 22:53:02

Siz bir hele mamedyarovun rehberlik etdiyi xin-e nezer salin. Sadece biabrciliqdir. Obrazli shekilde desek, xin-de it öz yiyesini tanimir. Özbashinaliq ve rüshvetxorluq bash alib gedir, burada vetene xidmet edenle onu satan arasinda ferg goyulmur. Butun bunlar mammedyarovun xin-inde bash berir.

Daşqın Şikarov 2018-11-04 22:53:02

Vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş öz doğma dilini mükəmməl bilməlidir. Xarici İşlər Naziri vəzifəsini tutan şəxs isə məhz xarici siyasətə rəhbərlik etdiyi üçün beynəlxalq dil kimi qəbul olunan ingilis dilini doğma dilindən daha mükəmməl bilməli və dünyada baş verən hadisələri dərindən analiz edib ölkəsinin maraqlarına cavab verən qərarlar qəbul etməyi bacarmalıdır. Elmar Məmmədyarov ingilis və rus dilini mükəmməl bilməklə yanaşı, eyni zamanda güclü analiz qabiliyyətinə malik peşəkar diplomatdır

Azərbaycan vətəndaşı 2018-11-04 22:53:02

Daşqın və Azad bu rəyləri siz özunuz yazmırsınız sizə yazdırırlar.Nə diplomatdır bilmirəm,hər bir dövlət məmuru öz ana dilində səlis danışmalıdır.Onun peşəkarlığı bu 14 ildə görunub.Ayıbdır Azərbaycan XİN öz dövlət dilində danışa bilmir.Oz dilini bilməyən insan vətənpərvər olmaz.

Kəmalə 2018-11-04 22:53:02

Burda təəcublü nə var ki kişi Xaricı İşlər naziridirdəə,necə danışmalidir ki,:)) Bütun günü günü başqa dövlətlərdə səfərlərdədir.Yaziq nə vaxt öz millətiylə unsiyyətdə oldu ki dilimizidə səlis dil bilsin.

Azad Aliyev 2018-11-04 22:53:02

Şübhəsiz ki, hər bir azərbaycanlı və ələxsus da dövlət məmuru öz ana dilində sərbəst və səlis danışmalıdır. Lakin bir məqam var: bu da danılmazdır ki, xarici işlər naziri postu, digər vəzifələrdən fərqli olaraq, bütün dünya ölkələrində spesifik xarakter daşıyır. Çünki bu vəzifənin mahiyyəti fəaliyyətin ölkə daxilndə deyil, əsasən ölkə hüdudlarından kənarda aparılmasından ibarətdir. Xarici işlər naziri xüsusi siyasi savad daşıyıcısı, ölkəsinin daxili vəziyyətinin incəliklərini bilən, dünyada cərəyan edən proseslərin nəbzini tutmaq qabiliyyəti olan və dünyada baş verən bütün hadisələri analiz edib ölkəmizin maraqlarını nəzərə almaqla çevik qərar qəbul etmək istedadına malik bir şəxs olmalıdır. Bütün bu keyfiyyətlər Elmar Məmmədyarovda ən yüksək səviyyədədir

Türk 2018-11-04 22:53:02

ERMƏNİ AKSENTİ İLƏ DANIŞIR. BƏLKƏ BUNUN DA QARIŞIĞI VAR. HÖKUMƏT DEPUTATLAR XALQI BU HAQDA MƏLUMATLANDIRMALIDIRLAR BİLƏK KİM KİMDİR. BÜTÜN MƏMURLAQRIN KİMLİYİ DƏQİQ YAZILMALIDIR. ƏSASƏN DƏ YÜKSƏK VƏZİFƏLİLƏRİN.

Araz 2018-11-04 22:53:02

Doğrudan da Dövlətin nazirinin Dövlət Dilində danışa bilməməsi normal hal deyil.Burada əsas günah onun akademik atasındadır.Adam rus dilində düşünüb sonra onu Azərbaycancaya tərcümə etməyə məcburdur və nəticə də məlumdur.Yaxınlarda bir hörmətli akademik rus məktəblərində təsil alanlarının sayının artmasından yazmışdı və böyük etirazla qarşılaşmışdı.Doğrudan da bu nümunədən uşaqlarını rus məktəblərinə verən valideyinlər ibrət almalıdırlar.

t.ədalət 2018-11-04 22:53:02

Elmar müəllimin anasının osetin olduğunu yazan müəllifə demək istəyirəm ki,bu nazirin başına seneqoq papağı qoysaq ravvinlərə oxşayacaq.Yəni,anasının osetin olması,deyəsən, oxucuları çaşdırmaq üçün yazılıb.Əlbəttə,deyilənə görə nazir Araz Ağalarovun qohumudur,yəqin ona görə də vəzifədə saxlanılır..

Azada və Kəmaləyə 2018-11-04 22:53:02

Cavuşoqlu ve gürcü nazir de xarici dilleri çox gözel bilirler,ancaq doğma dillerində də səlis və aydındılar.Önəmli olan hansi dilde danişmaq deyil,fikri,cümleni səlis,bütöv bildirməkdir.Bu insan necə diplomatdır ki,fikrini düzgün ifadə edə bilmir?

Moshu 2018-11-04 22:53:02

Allah Üzeyir bəyə rəhmət eləsin. "O olmasın, bu olsun"da "gəlin (Sərvər) qaçır, lotular səs-küyə gələndə Məşədi İbad əli ilə tumanın içərisini göstərib deyir: "Gəlini gətirəndə baxmazlar o kişidir, ya arvad". Vallah gülməli gündən də betərik. Növbəti çıxış belədir ki "Tarixi Nadiri yarıya qədər oxumuşam, amma Məmmədyarovun nə dediyini anlamadım". Arkadaşımız Çavuşoğlu və bədbaxt gürcü qardaşlarımız nə anlasınlar. Zurnaçıya zuy tutanları anlamıram. Bu insanlar yəni bu dərəcədəmi simalarını dəyişiblər?

NURəddin 2018-11-04 22:53:02

Çoxlarının poliqlot hesab etdiyi bu adam ingilis dilində də bu kökdə danışır.Sofiya bundan yaxşı danışardı.

Seçicisi 2018-11-04 22:53:02

Yəqin ki, Vahid müəllim səhvini anlayar,bir də belə çıxışlar etməz!

Cavad 2018-11-04 22:53:02

Görəsən bu çıxışa möhtərəm prezident qulaq asıb? Bu ki,xəcalətdir!
Belə adamı o vəzifədə necə saxlayırlar? Təyin edəndə bəlkə onun dil səviyyəsinə diqqət etməyiblər.Amma sonra?
Məmmədyarovun atasının belə çıxışa verdiyi cavab utandırıcıdır.yəin özü də belə akademikdir.Anladığı o qədərdir.Heç ortaya çıxmasa idi daha yaxşı olardı.Biabırçılıq!

Veteran 2018-11-04 22:53:02

Celal qardaw sene boyuk tewekkurller! Nazirimizin melum cixiwi ile bagli novbeti yazin bugune kimi yazilanlarin en MUKEMMELidir! Cox guman ki, bu yazini bizim kimi "qara" camaatla yanawi nazirimizin akademik atasi ve onun mudafiesine qalxmiw hormetli vekilimiz Vahid muellim de oxuyacaq. Bele olan teqdirde qoy onlar bir daha anlasinlar ki, nazirimizin dediklerini birbawa anlamaq her bir azerbaycanlinin iwi deyil! Bunun ucun olkenin naziri ile vetendawi arasinda en azi Celal Memmedov olmalidir!

Ağsaqqal 2018-11-04 22:53:02

Vallah mən bu nazirin yerinə xəcalət çəkdim.Görəsən atası bu çıxışa baxıb,qulaq asıb?Axı XİN-i müstəqil,öz ana dili olan dövlətin xarici siyasətini təbliğ eləməlidir.Bu nazir isə elə bil Rusiyanın(bəlkə də digər xarici dövlətin,baş açmadım) siyasətini Azərbaycana başa salmaq istəyir.Hörmətli prezidentimiz İ.Əliyev də rusca oxuyub,amma fikrini tam aydın şəkildə Azərilərə,Türk qardaşlarımıza öz ana dilində səlist bildirir.E.Məmmədyarov iradları qəbul edib,heç olmasa təcrübəli repetitor yanına getsə yaxşıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol