Menu

Hikmət Mirzəyev Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ilə görüşüb - FOTOLAR

25.01.2025, 00:00
Hikmət Mirzəyev Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ilə görüşüb - FOTOLAR

Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla görüşüb.

Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu da görüşdə iştirak edib.

Qeyd edək ki, Hikmət Mirzəyev Türkiyədə rəsmi səfərdədir. Bundan öncə Azərbaycan nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol