“Dövlət Gömrük Komitəsi (DGK), Dövlət Vergi Xidməti (DVX) və Dövlət Xəzinədarlığı Agentliyi birləşəsi olsa, yeni qurum üçün DGK-nın təp-təzə inzibati binası da tam hazırdı”.
“AzPolitika” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yazıb. “Keçən dəfə Dövlət Vergi Xidmətinin hesabına tikilən binaya İqtisadiyyat Nazirliyi sahib çıxmışdı". Ekspert güman edir ki, görünür, DVX üçün yenilik gözlənilir. O, vurğulayıb ki, uzun müddətdir, DGK təzə inzibati binaya köçə bilmir. “Sınıq-salxaq, döşəməsi çökən otaqlarda qalıblar. Elə bil kimsə qəsdən DGK-nın yeni binasının açılışını ləngidir”, - Osman Gündüz əlavə edib.
Xatırladaq ki, yanvarın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə Maliyyə naziri Samir Şərifov 19 il tutuduğu vəzifədən azad edilərək Baş nazirin müavini təyin edilib. Maliyyə naziri vəzifəsinə isə hələlik təyinat aparılmayıb. Hökumətə yaxın mənbələrdən mətbuata sızdırılan məlumata görə, yaxın günlərdə DGK, DVX və Maliyyə Nazirliyinin bəzi qurumları birləşdirilərək Dövlət Gəlirləri Nazirliyi yaradılacaq. İddia olunur ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni qurumun rəhbəri təyin ediləcək, bir sıra gənc kadrlar da onun müavinləri postuna gətiriləcək.
Osman Gündüzün ictimailəşdirdiyi fakt sözügedən informasiyaların əsassız olmadığı, hökumətdə yeni qurumun yaradılmasının texniki-təşkilatı işlərinə hazlıq getdiyi barədə təsəvvür yaradır.
Hökumətin bu qərara gəlməsinin əsas səbəbi kimi adıçəkilən qurumlarda şəffaflığın təmin olunması, maliyyə itkilərinin, korrupsiya və başqa neqativ amillərin aradan qaldırılması, idarəetmənin mobilləşdirilməsi ehtiyacı ilə izah olunur. Qeyd olunur ki, artıq bu addım dövlətə məxsus təsərrüfat hesablı şirkətlərin, nəqliyyat sektorunda fəaliyyət göstərən dövlət qurumlarının idarə edilməsində tətbiq olunur. Hökumət rəhbərliyi ilkin nəticələrdən razı qalıb və bu təcrübənin dövlət gəlirləri sahəsində tətbiq edilməsi qərara alınıb.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Həzərat! Bu bina şəhərin hələ 50-ci illərdəki inkişaf planında nəzərdə tutularaq Mərkəzlə (Beşmərtəbə) Dağüstü hissəni birləşdirməli olan geniş magistralın yolunu kəsməklə, Baş plana və şəhərin ictimai maraqlarına zidd olmaqla, Gömrük Səfərin ambisiyasına uyğun olaraq tikilib. Əvvəl-axır sökülməlidir və ona çəkilmiş büdcə xərci Səfərdən alınmalıdır. Şəhərin mərkəzində Dağüstüyə qalxmaq üçün kəsə və rahat magistral yoxdur. Magistral üçün yeganə marşrut məhz buradan keçməlidir.
M
Çox gözəl amma nəzərə almaq lazımdır ki,Şahin m gələndən sonra Gömrükdə vəziyyət bir az düzəlib amma yenə qənaət bəxş deyil.Yaxşı olardakı Gömrükdə və Vergidə test keçirsinlər işçiləri kim keçdi təzə Nazirlikdə işləyəcək verə bilməyən yenidən verir amma DİM mərkəzi tərtib eləsin sualları. Çünki əks halda həmin imtahanın şəfaflığından söz ola bilməz.
Bu maliyyə itkilərinin,korrupsiya,və digər neqtiv halların bir mərkəzdə birləşməsini təmin etmək məqsədi güdə bilər.
siniq salxaq binada qaliblar?