Menu

Baş nazirin müavinindən "qara qutular"la bağlı açıqlama

24.01.2025, 20:53
Baş nazirin müavinindən "qara qutular"la bağlı açıqlama

Qazaxıstan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutular”ının materiallarının surətlərini Azərbaycan və Rusiyaya təhvil verib.

APA xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.

Baş nazirin müavini Qazaxıstan üçün “burada gizlədəcək bir məsələnin olmadığını” qeyd edib.

Onun sözlərinə görə, daha əvvəl internetdə dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir.

Baş nazirin müavini əlavə edib ki, onların arasında böyük fərq var.

“Yalnız rəsmi qurumların məlumatlarını gözləyin”, - Kanat Bozumbayev vurğulayıb.

Şərhlər

Mubariz 2025-01-24 14:33:40

Maraqlıdır ,nə üçün məlumatlar gizlədilir ? İ

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol