«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Kalininqrad vilayəti yaxınlığında, Polşanın hava məkanında Amerika Birləşmiş Ştalarının (ABŞ) kəşfiyyat təyyarəsi qeydə alınıb.
«Plane Radar» resursunun xəbər verdiyi kimi, ABŞ HHQ-nin strateji RS-135V təyyarəsi (göyərtə nömrəsi 64-14846) Böyük Britaniyanın Mildenholl avibazasından havaya qalxıb.
Qeyd olunur ki, Rusiyanın hava sərhədinin pozulması faktı qeydə alınmayıb - təyyarə izazə verilmiş ərazidə kəşfiyyat aparıb və bu bölgədə hava-hücumundan müdafiə (HHM) sistemlərinin yerləşdililməsi barədə informasiya toplayıb.
Bu, uyğun modifikasiyadan olan ikinci təyyarədir ki, son həftə ərzində Rusiya sərhədinin yaxınlığında qeydə alınıb. Bir neçə gün bundan əvvəl RS-135V təyyarəsi Abxaziya, Krasnodar diyarı və Krım yarımadası sərhədləri boyunca uçub, oktyabrın 26-da isə RQ-4B GlobalHawk strateji pilotsuz uçağı Rusiya sərhədləri boyunca 11 saatlıq kəşfiyyat uçuşu həyata keçirib.


Şərhlər