Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının boş qalan Baş katibi postuna belaruslu general-mayor Stanislav Zasın təyinatı gündəmədir.
Modern.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, yekun qərar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı liderlərinin 8 noyabr tarixli görüşündə müzakirə olunacaq.
“Yekun qərar noyabrın 8-də qəbul olunacaq. İntriqa ondadır ki, boş qalan vakansiyaya Ermənistan da iddialıdır. Belə ki, Baş katib postu rotasiya qaydası ilə 3 illik müddətə Ermənistana verilmişdi. Lakin Baş katib Yuri Xaçaturov yalnız 1,5 il bu postda çalışdıqdan sonra vətənində müxtəlif cinayətlərdə ittiham olunaraq postundan geri çağırılmışdı”-deyə qəzet yazır.
Maraqlıdır ki, Vladislav Zas 1985-ci ildə Bakı Ümumqoşun Komandirlər Məktəbini bitirib.


Şərhlər
Zasın bitirdiyi məktəb sovet hərbi məktəbi idi.Sadəcə olaraq,məktəb Bakıda yerləşirdi.O zamanlar respublikalarda yerləşən hərbi məktəblərin müdavimləri,həm də lazım gələndə yerli əhalini "sakitləşdirmək" təlimləri də alırdılar.Onun Bakıda hərbi təhsil və təlim alması ilə öyünməyə dəyməz..