Menu

Gələn il “ASAN xidmət” mərkəzlərinin tikiləcəyi rayonların adları açıqlanıb

05.11.2018, 12:15
Gələn il “ASAN xidmət” mərkəzlərinin tikiləcəyi rayonların adları açıqlanıb

“2019-cu ildə Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq”.

Bunu "Report"a açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, hazırda ölkədə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: “Gələn il isə Azərbaycan vətəndaşlarına 5-i Bakıda olmaqla 20 mərkəz xidmət göstərəcək. 2019-cu ildə tikilməsi nəzərdə tutulan 5 yeni mərkəz Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı, Balakən rayonlarında olacaq”.

Ü.Mehdiyev qeyd edib ki, mərkəzlərdə 11 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmətlər göstərilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol