Menu

Dağlıq Qarabağda Ermənistan ordusunun daha bir əsgəri ölüb

06.11.2018, 13:51
Dağlıq Qarabağda Ermənistan ordusunun daha bir əsgəri ölüb

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun daha bir hərbçisi ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, işğalçı ordunun 2000-ci il təvəllüdlü əsgəri Aristakes Eduardoviç Azatyana naməlum şəraitdə odlu silahdan atəş açılıb.

Nəticədə o, aldığı güllə yarasından ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol