Menu

Fransa Prezidentinə qarşı sui-qəsd cəhdi olub

06.11.2018, 16:49
Fransa Prezidentinə qarşı sui-qəsd cəhdi olub

Fransa Prezidenti Emmanuel Makrona qarşı sui-qəsd törətməyi planlaşdıran 6 nəfər tutulub.

“Report” “BFMTV” yə istinadən xəbər verir ki, məlumatı Fransanın Təhlükəsizlik üzrə Baş İdarəsi yayıb.

Sui-qəsdi radikal qüvvələrin tərəfdarlarının planlaşdırdığı ehtimal olunur. Onların tutulması üçün Fransanın İzer, İl və Vilen, Mozel rayonlarında əməliyyat keçirilib.

Paris prokurorluğu faktla bağlı araşdırmalara başlayıb. Saxlanılan şəxslər cinayətkar qruplaşma yaratmaqda şübhəli bilinirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol