Türkiyənin Hakkari bölgəsinin İraqla sərhədində yerləşən Şemdinli rayonuna bağlı Derecik Ortaklar kəndində hərbi sursatın partlaması nəticəsində 25 hərbçi yaralanıb.
Türkiyə mətbuatı xəbər verir ki, hadisə nəticəsində itkin düşən 7 əsgərin axtarışı davam edir. Yaralılar helikopterlərlə Yüksekova və Hakkari xəstəxanalarına çatdırılıblar.


Şərhlər