Menu

Almaniyanın iri neft-qaz şirkəti İranda fəaliyyətini dayandırıb

13.11.2018, 12:21
Almaniyanın iri neft-qaz şirkəti İranda fəaliyyətini dayandırıb

Almaniyanın “Wintershall” neft-qaz şirkəti sanksiyalara görə İranda fəaliyyətini dayandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu şirkətin Direktorlar Şurasının üzvü Martin Baxman bildirib.

Qeyd edək ki, 1894-cü ildə yaradılan “Wintershall Holding GmbH” Almaniyanın iri neft-qaz şirkətidir. Onun mərkəzi ofisi ölkənin Hessen torpağının Kassel şəhərində yerləşir. “Wintershall Holding GmbH” 100 faiz Almaniyanın “BASF” neft-qaz kəşfiyatı və hasilatı şirkətinin törəmə müəssisəsidir.

Xatırladaq ki, ABŞ noyabrın 5-dən İrana qarşı sanksiyanın ikinici mərhələsini tətbiq etməyə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol