Menu

ABŞ Yaponiyanı F-35 qırıcıları ilə silahlandırır

14.11.2018, 09:05
ABŞ Yaponiyanı F-35 qırıcıları ilə silahlandırır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Mayk Pens Asiya-Sakit okean turnesinin astanasında, Tokioya səfərinin gedişi zamanı Yaponiyanın Baş naziri Sindzo Abe ilə danışıqlar aparıb.

«NHK» telekanalı qeyd edir ki, görüşün başlıca mövzusu ticarət münasibətləri və Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə proqramı ətrafında yaranmış vəziyyət olub.

Yekun mətbuat konfransında Pens bəyan edib ki, ABŞ cari ilin sonuna qədər Yaponiyaya 10 ədəd F-35 qırıcısı verəcək, daha altısını isə 2019-cu ildə göndərəcək.

Onun sözlərinə görə, ABŞ bununla Prezident Donald Trampın vədini yerinə yetirmiş olacaq. Yaponiya isə Çinə qarşı durmaq üçün özünümüdafiə qüvvələrini 2024-cü maliyyə ilinə qədər 42 ədəd qırıcı ilə təchiz etmək niyyətindədir.

Qırıcıların Miyadzaki, İbaraki prefektliyindəki və digər bazalarda yerləşdirişməsi planlaşdırılır.

KİV-in məlumatına görə, son vaxtlar iki ölkənin ittifaqı Abe ilə Trmpın dostluğu sayəsində xeyli möhkəmlənib.

Pens Trampın əvəzinə, Sinqapurda keçiriləcək Şərqi Asiya sammitində (ASEAN) iştirak edəcək və həm də Avstraliyaya və Papua-Yeni Qvineyaya gedəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol