Menu

ABŞ-da səsdən iti uçan hərbi reaktiv təyyarə qəzaya uğrayıb

14.11.2018, 09:54
ABŞ-da səsdən iti uçan hərbi reaktiv təyyarə qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus səsdən iti uçan “T-38 Talon” reaktiv təlim təyyarəsi qəzaya uğrayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Laulin Həbi Aviabazasının icitmaiyyətlə əlaqələr bölməsinn nümayəndəsi Maykl Makqann bildirib.

Onun sözlərinə görə, qəza ABŞ-ın Texas ştatının Laulin Hərbi Aviabazası yaxınlığında baş verib.

İkiyerli təyyarədə olan pilotların taleyi hələlik məlum deyil. Hadisə yerinə xilasedicilər cəlb olunub, mütəxəssislər araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol