Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyəti başçısının təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Xatırladaq ki, Eldar Əzizov bu ilin 16 iyul tarixində Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunmuş, başçı olmadığı üçün onun da səlahiyyətlərini icra etməyə başlamışdı. Belə qısa müddətdən sonra onunla bağlı ikinci sərəncamın verilməsi Prezidentin yüksək etimadından xəbər verir. Belə görünür ki, E.Əzizov cəmi 4 ay ərzində qarşıya qoyulan tapşırıqları icra edə biləcəyinə dair inam formalaşdıra bilib.
E.Əzizovun bugünkü təyinatı ilə Bakı meri olmaq uğrunda hakimiyyətdaxili klanların, qruplaşmaların illərdir apardıqları mübarizə də bitmiş oldu. Düzdür, BŞİH başçısının səlahiyyətlərinin bir xeyli məhdudlaşdırılmasından sonra bu mübarizə az da olsa səngimişdi. Lakin istənilən halda bu post strateji əhəmiyyətini qoruyur və səlahiyyətləri nə qədər məhdud olsa da, klanlar onun uğrunda mübarizədən geri çəkilməmişdilər. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, BŞİH başçısı Təhlükəsizlik Şurasının üzvüdür.
E.Əzizovun bu posta təyin olunması isə gözlənilməz deyildi. Onun şansını artıran bir neçə üstünlüyü var idi.
Əvvəla, E.Əzizovla Prezident İlham Əliyevin hələ uşaqlıq illərindən tanış olduqları məlumdur.
İkincisi, E.Əzizov hakimiyyətdaxili qruplaşmalarda iştirak etməyib və Prezidentə şəxsən bağlı kadrdır.
Üçüncüsü, icra hakimiyyəti postunda çoxillik təcrübəsi var - ölkənin ikinci və üçüncü böyük şəhərlərinə illərlə rəhbərlik edib.
Dördüncüsü və ən əsası, son illərin kadr siyasətinə tamamilə uyğun gələn bir tipdir - Bakıda doğulub və rusdillidir...
İstənilən halda, Bakıda çoxillik Hacıbala xəcalətindən sonra Eldar Əzizov dövrünün başlanması yaxşı hadisədir.
Rasim ƏLİYEV
AzPolitika.info
***
Qeyd edək ki, Əzizov Eldar Əziz oğlu 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb.
1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb.
1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.
1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib.
1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.
2000-ci ilin iyun ayından Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub.
2015-ci ilin sentyabr ayında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
1980-ci ildə “Şərəf nişanı”, 2017-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib.
Ailəlidir, 2 övladı var.


Şərhlər
İntelektual səviyyəsi yüksək olan insan üçün, istənilən fırıldaqları, mənimsəmələri açmaq çox asan bir məsələdir. Buna görə də, hesab edirəm ki, Eldar müəllim üçün, 18 il ərzində Tolstoy və əlaltılarının qanunsuz işlərini, mənimsəmələrini, kadrları qanunsuz işdən azad etmələrini aşkarlamaq çox asan olacaq. Hacıbala qanunsuz işlərinin çoxuna sifarişli məhkəmə qərarları ilə qanuni don geindirib. Hesab edirəm ki, bu işlərə məhkəmələrdə yenidən ədalətlə baxılmalıdır!
Forma dəyişildi, məzmunsa əvvəlki kimi qalıb. Hüquq şöbəsinin müdiri, Sani Nəsibov, Hacıbala Tolstoyun qardaşının kürəkəni, şöbə müdiri, Vüqar Seyidov, bakılılara qarşı həmişə amansızlığı ilə seçilən Zülfəli İsmayılov, bağça uşaqlarının boğazına şərik Eldar Yunusov qanunsuz əməllərini davam etdirirlər. Bu şəxslərin fəaliyyətləri prokrotura tərəfindən yoxlanmalı, əmlakları əllərindən alınmalı və məsuliyyətə cəlb edilməlidirlər. Tolstoyun əlaltılarını aşağı vəzifələrə keçirmək düzgün olmayan kadr siyasətidir!
Daşınan və daşınmaz sərvəti artırmaq üçün əla fürsət. Qohum və dostları sevinir, yaltaq girenkoların gözləri parıldayır yəqin ki.
Daşınan və daşınmaz sərvəti artırmaq üçün əla fürsət. Qohum və dostları sevinir, yaltaq girenkoların gözləri parıldayır yəqin ki.
Cənab Eldar Əzizov Hacıbala Abtalıbov Ayna Sultanova heykəlinin ətrafını 6 ildir çəpərləyib.Birinci təmizlək əməliyyatlını ordan başlayın.Sonra da binaların ətrafını bələdiyyə qərarları ilə qanunsuz çəpərləyib çayxanalar açıblar.onu da nəzarətə götürün.
Xeyirli olsun. Allah köməyi olsun.
Uğurlar!
Gəncədən çıxanda, E Vəliyev Gəncədə təmizlik iləri apardı; Sumqayıtdan çıxanda, Z Fərəcov aləmə car çəkdi ki, Sumqayıtı yaman günə qoyub; Baksovetdən çıxanda nə deyəcəklər,,,
Bax bunu mən bilmirəm
Hazir olun ,,icazesiz,,obyekt,tikililerin yixilmasina ve ya yeniden yixmamaq üchün növbeti ödenishlere.Hazir olun obyekt yerlerinin bahalanmasina ve s.ve i.
- HEÇ OLMASA MER erməni-XAİES QARAÇISI TAYFASINDAN DEYİL!
-arzu edirdim SLAVYANƏSİLLİ-RUS OLSUN, ancaq vicdanla və məsuliyyətli işləsə,
- SAHİL BABAYEV KİMİ FAİZLƏ FİKİRLƏŞİB-FAİZLƏ OTURUB-FAİZLƏ DURMASA,
TƏHLÜKƏ SOVUŞDU...
Hörmətli AZ.Politka Bakı.ş.Nizami r-nu Nəxçivani küçəsində 250-251 saylı məktəblərin qabağında balaca bir meyvə ağaclarından bağ var həmin bağı 2-ildir dəmirdən hasarlayıb o yazıq meyvə ağaclarını sulamağa qoymurlar Dəfələrlə deməsinə baxmayaraq həmin ağacları xilas etmirlər.
Xeyirli olsun. Eldar müəllim bizim şəhərin dahada gözəlləşməsi, insanların rahatlığı istiqamətində mühüm işlər görəcək. Allah kömək olsun. Ümid edirəm ki Eldar müəllim yeni tikilmiş binalarda qayda qanun yaradar. Çünki binaların istismarı ayrı ayrı işbazlar tərəfindən idarə olunur. Buna dövlət nəzarəti olsa daha məqsədəuyğun olardı. İstədikləri məbləğdə vətəndaşlardan pul yığırlar.