Menu

Britaniyanın xarici işlər naziri bu gün İrana səfər edəcək

19.11.2018, 10:10
Britaniyanın xarici işlər naziri bu gün İrana səfər edəcək

Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant bu gün İrana səfər edəcək.

“Report” “Anadolu” agentliyinə istinadla xəbər verir ki, o, Tehranda İran rəsmiləri ilə görüşəcək.

Britaniyalı nazir İranda həbsdə saxlanılan krallıq təbəələrinin vəziyyətini, İslam Respublikasının nüvə proqramını, habelə bölgədəki münaqişələri müzakirə edəcək. Görüşlərdə İrana nüvə razılaşmasından sonra tətbiq edilən sanksiyalarla bağlı firki mübadiləsi aparılacaq.

Qeyd edək ki, noyabrın 5-dən ABŞ İrana qarşı sanksiyaların ikinci mərhələsini tətbiq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol