Menu

Paytaxtın 2 rayonunda iməclik keçirilib - FOTO

19.11.2018, 10:33
Paytaxtın 2 rayonunda iməclik keçirilib - FOTO

Prezident İlham Əliyevin Bakı şəhərində yaşıllıqların salınması və onların genişləndirilməsinə tapşırığına müvafiq olaraq, paytaxtın bütün rayonlarında iməcliklər keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata hgörə, növbəti iməclik Bakı şəhərinin Səbail və Qaradağ rayonlarında təşkil olunub.

Hər iki rayonun rəhbərliyi, ictimaiyyət, idarə və təşkilatların nümayəndələri, təsərrüfat xidmətləri, gənclərin iştirakı ilə Səbail rayonunda Şıx yaşayış massivindəki “Dostluq parkı”nda 200 nəfərin, Qaradağ rayonunda isə Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivi istiqamətində gedən avtomobil yolunun qərb hissəsində və Lökbatan qəsəbəsində 300 nəfərin iştirakı ilə keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol