Menu

ABŞ-la Meksika arasında gediş-gəliş bağlana bilər

22.11.2018, 21:06
ABŞ-la Meksika arasında gediş-gəliş bağlana bilər

ABŞ Prezidenti Donald Tramp Meksikadan qanunsuz miqrant axınına görə bu ölkə ilə sərhədi bağlayacaqlarını istisna etməyib.

“Report” “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə dövlət başçısı Şükran Günü bayramı münasibətilə getdiyi Florida ştatında jurnalistlərə bildirib.

“Vəziyyət müəyyən həddi keçsə, nəzarəti itirdiyimizi görsək, onda bir müddət, nəzarəti bərpa edənədək ölkəmizə girişi bağlamalı olacağıq. Bütün sərhəd boyu. Meksika ABŞ-a avtomobil göndərə bilməyəcək”, - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol