Menu

«Kareliyanı qaytarın!» - Finlandiya Rusiyadan tələb edir

22.11.2018, 21:16
«Kareliyanı qaytarın!» - Finlandiya Rusiyadan tələb edir

Finlandiya İkinci dünya müharibəsinin nəticələrinə görə, Rusiyanın tərkibinə keçmiş torpaqların geri qaytarılmasını tələb etməlidir.

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Həqiqi finlər» partiysının üzvü Henri Hautamyaki bu barədə «Tvitter»də yazıb.

«Partiyanın gənclər qanadının payız konfransında belə qərar qəbul olunub ki, Finlandiya rəsmi olaraq, İkinci dünya müharibəsinin sonunda Rusiyaya verilmiş ərazilərin, o cümlədən, Kareliyanın geri qaytarlılmasını tələb etməli və bununla da 1939-cu il sərhədlərinə qayıtmalıdır» - deyə, sənəddə bəyan olunur.

Hautamyaki bu xəbərə xəritə də əlavə edib. Xəritəyə əsasən, finlər Kareliyanın Ladoqa gölünə yaxın bir neçə rayonunu və Murmansk vilayətinin bir hissəsini geri qaytarmaq istəyirlər.

Bu ərazilər Rusiyanın tərkibinə SSRİ-Finlandiya (1941-1944) və İkinci dünya müharibəsinin yekunlarına əsasən daxil edilib. SSRİ-nin tərkibinə daxil edilmiş ərazilər aşağıdakılardır: Kareliyanın bir hissəsi, Salla və Petsamo (hazırkı adı - Peçeneq) vilayətləri və Fin körfəzindəki bir neçə ada.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol