Menu

“Sarkisyanın qardaşı oğlunun yeri gec-tez müəyyən olunacaq” - Polis rəisi

22.11.2018, 21:21
“Sarkisyanın qardaşı oğlunun yeri gec-tez müəyyən olunacaq” - Polis rəisi

“Gec-tez eks-prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sərkisyanın yeri müəyyən olunacaq”.

Teleqraf.com “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bu sözləri İrəvanın polis rəisi Valeri Osipyan jurnalistlərə açıqlamasında deyib.

“Biz İnterpol xətti üzrə həmkarlarımızla birgə iş aparırıq. Təfərrüatları açıqlamayacağam, amma axtarış işləri aparılır və düşünürəm ki, onlar nəticə verəcək”, – deyə Valeri Osipyan bildirib.

Qeyd edək ki, Aleksandr Sərkisyanın oğlu Narek Sərkisyan qanunsuz silah saxlama ittihamı üzrə axtarışdadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol