Menu

Novxanıda qeyri-qanuni dini fəaliyyət aşkarlanıb

23.11.2018, 17:28
Novxanıda qeyri-qanuni dini fəaliyyət aşkarlanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsi, Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi tərəfindən Sumqayıt şəhəri Novxanı qəsəbəsi bağlar massivi, Çinarlı küçəsi 1886 ünvanında yerləşən Azərbaycan vətəndaşı Hüseynov Elçin Sovet oğluna məxsus bağ sahəsinə baxış keçirilib.

Nəticədə qeyri-qanuni dini fəaliyyət aşkarlanıb, faktla bağlı inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol