Azərbaycan Demokrat Partiyası (ADP) son günlər vüsət alan Abel Məhərrəmovun günahsız olduğu barədə rəy yaratmaq cəhdlərini pisləyib.
"AzPolitika.info"nun məlumatına görə, partiyanın İdarə Heyətinin bugünkü iclasında Bakı Dövlət Universitetinin sabiq rektoru A.Məhərrəmovun ətrafında baş verən olaylara bir daha münasibət bildirilib.
Qeyd olunub ki, ayrı-ayrı məmurlar, xüsusilə Şeyxülislam Allahşükür Paşazadə tərəfindən onun günahsız olması ilə bağlı səslənən fikirlər cəmiyyəti çaşdırmaq məqsədi daşıyır.
“Dövri mətbuatda A.Məhərrəmovun öz vəzifəsindən sui-istifadə edərək böyük sərvət toplaması, rüşvət və korrupsiya yolu ilə milyardlarla qanunsuz gəlir əldə etməsi, yaxın ətrafını yüksək postlara yerləşdirməsi barədə kifayət qədər materiallar yayılıb və yenidən onun müdafiəsinə qalxan insanlar onun və hazırki iqtidarın digər kadrları haqqında formalaşmış ictimai rəyi dəyişmək gücündə deyillər”, - İdarə Heyətinin bəyanatında bildirilir.


Şərhlər
ABEL BU MİLYARDLARI RÜŞVƏT,KORRUPSİYA,TALAN YOLU İLƏ TOPLAYANDA BU QƏDƏR MÜDDƏT ƏRZİNDƏ NECƏ OLUB Kİ HEÇ KİMİN XƏBƏRİ OLMAYIB. DAĞIDICI BARBARLAR VƏTƏNİMİZİ ÇAPIB TALAYIRLAR AY MİLLƏT. MƏN QOCA KİŞİYƏM UZUN İLLƏR BELƏ HEÇ BİR MİLLƏTİN TALANMASINI HEÇ VAXT EŞİTMƏMİŞƏM OXUMAMIŞAM.BU DƏHŞƏTLİ BİR OLAYDIR BİZ MİLLƏTİ MƏHV EDƏCƏK.
Abel Meherremovun vaxtinda onun bacisi qizi Sebine kimi adamlar universitete dolduruldu. Meselen, biz qrupda 23 nefer idik. 7 nefer 2ci kursda savadsiz milceyi onurgali bilen telebe geldi. Sonra onlarin uzunden magistraturaya bele gire bilmedik. Cunki hemin 7lik doldurdu plani. Sonra shukur testle oldu magistr girib oxuduq. Netice bu oldu ki, hemin balbesler indi bizden nece il qabaga duwub. Siz bizim tehsilimizi baltaladiz Abel m. Sebine niye derse gelmeyib ela almaliydi?
Bu da bizim hörmətli şeyximiz... Men BDU-nun tələbəsi olmuşam, Abelin orada hansı cəhənnəmi və bataqlığı yaratdığını çox yaxşı bilirəm. Odur ki, şeyx məni məyus etdi.
NIYE,CUNKI SEBINE ONUN BACISI QIZI IDI...KEYF ELE,GET ELMI IWLE MEWQUL OL.KIM CAZALANIB KI,ORDEN MEDALLI QOHUM EQRABANI INKIWAF ELETDIR...SEDAQETIDE YADDAN CIXARTMA
Molla emi "Qurana" and ic ki, deyilenler yalandir?!