PKK terrorçuları Türkiyə-İran sərhədində, İğdır vilayətində hərbi hissəni minaatanlardan atəşə tutublar.Bundan sonra terrorçularla türk hərbçilər arasında atışma başlayıb.
İnsident nəticəsində bir hərbi qulluqçunun yaralandığı bildirilir.
Trend xatırladır ki, 2018-ci ilin əvvəlindən ölkə ərazisində PKK-ya qarşı 87 838 əməliyyat keçirilib, 289 terrorçu məhv edilib. 2017-ci ildə 380, cari ildə isə 343 PKK-çı təslim olub.


Şərhlər