Menu

«Rusiya Ukraynaya qarşı birbaşa və aqressiv müharibə aparır» - Prezident

27.11.2018, 09:19
«Rusiya Ukraynaya qarşı birbaşa və aqressiv müharibə aparır» - Prezident

Litva Rusiyanın Kerç boğazındakı hərəkətlərini qınayır və qeyri-qanuni ələ keçirilmiş Ukrayna gəmilərini və dənizçilərini dərhal azad etməyə çağırıb.

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, bu bəyanatla Litva Respublikasını prezidenti Dalya Qribauskayte çıxış edib («Delfi»).

«Açıq-aydın görünür ki, Rusiya Ukraynaya qarşı birbaşa və aqressiv müharibə aparır - bu zaman beynəlxaq sazişləri və öz üzərinə götürdüyü öhdəlikləri soyuqqanlılıqla pozur» - deyə, Qribauskayte bildirib.

O, əlavə edib ki, Litva «bütün beynəlxalq birliyin etibarlı köməyi»ni göstərməklə, Ukraynaya dəstək verməyə hazırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol