Menu

Libertadores Kubokunda təxirə salınan final oyununun vaxtı müəyyənləşib 

27.11.2018, 20:40
Libertadores Kubokunda təxirə salınan final oyununun vaxtı müəyyənləşib 

Libertadores Kubokunda Argentinanın "River Pleyt" və "Boka Xuniors" komandaları arasında keçiriləcək finalın cavab görüşünün vaxtı müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Bildirilib ki, qarşılaşma dekabrın 8 və ya 9-da keçiriləcək. Görüşün yeri barədə əlavə məlumat veriləcək.

Paylaşılan rəsmi sənəddə qeyd olunub ki, matçın Argentinadan kənarda keçirilməsi tövsiyə olunur.

Qeyd edək ki, iki komanda arasında noyabrın 11-də "Alberto Armando" stadionunda keçirilən ilk matçda qalib müəyyənləşməyib - 2:2. Daha öncə cavab görüşü azarkeşlərin hücumu ilə əlaqədar təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol