Menu

Rusiya Krımda dördüncü “S-400” kompleksi yerləşdirəcək

28.11.2018, 11:38
Rusiya Krımda dördüncü “S-400” kompleksi yerləşdirəcək

Rusiya Krım yarımadasında “Triumf” “S-400” Zenit-Raket diviziyasını daimi dislokasiya edəcək.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu noyabrın 28-də Cənub Hərbi Dairəsinin nümayəndəsi Vadim Astafyev bildirib.

Buna səbəb olaraq, Rusiya və Ukrayna dənizçiləri arasında baş vermiş hadisə göstərilir. Məlumata görə, Rusiyanın məqsədi yarımadada hava hücumundan müdafiəni gücləndirməkdir.

Rusiya Krım yarımadasında hava hücumundan müdafiəni təmin etmək üçün daha əvvəl yarımadada 3 ədəd “S-400” diviziyası yerləşdirib.

Qeyd edək ki, noyabrın 25-də Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb.

Şərhlər

t.ədalət 2018-11-28 11:38:51

Rusiya Krıma Kremli də köçürsə,xeyri olmayacaq.Kırım geri qaytarılmasa,Rusiya məhv olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol