«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, prezident Pyotr Poroşenko Ukrayna telekanallarına verdiyi müsahibədə bəyan edib ki, ölkəsini Rusiya ilə tammiqyaslı müharibə təhdid edir.
Onun sözlərinə görə, bu barədə kəşfiyyat məlumatları xəbər verir. Məlumatlara görə, Ukrayna sərhədləri yaxınlığında Rusiyanın hərbi texnikasının, o cümlədən, tankların sayı artırılıb.
«Azov dənizində baş vermiş insidentdən sonra biz, geniqmiyaslı yerüstü təcavüz ehtimalına qarşı Ukrayna silahlı qüvvələrini bu təcavüzü dəf etmək üçün göndərməliydik. Bu tanklar hələ də ərazidən çıxarılmayıb - onlar qalırlar» - deyə, Poroşenko bəyan edib.
«Ona görə də mən istəyirəm ki, heç kim bunların oyuncaq olduğunu düşünməsin. Ölkə Rusiya Federasiyası ilə tammiqyaslı müharbə təhlükəsi altındadır. Məhz buna görə də ölkədə hərbi vəziyyət tətbiq olunub» - deyə, prezident əlavə edib.
Noyabrın 25-də Federal Təzlükəsizlik Xidməti (FTX) atəş açmaqla, Kerç boğazında Ukraynanın 3 hərbi gəmisini saxlayıb və onları Rusiyanın dəniz sərhədini pozmaqda ittiham edib.
Bu arada, Ukraynanın bir sıra vilayətlərində 30 gün müddətinə hərbi vəziyyət elan olunub.


Şərhlər
Ne edek allah putin ve lavrov ovraşln başna daş sallb rusyanl yernen yek elesin amin inşallah.