Menu

Rusiya Azov dənizinə hərbi gəmi göndərib

28.11.2018, 15:53
Rusiya Azov dənizinə hərbi gəmi göndərib

Rusiyanın "Vitse-admiral Zaxarin" mina tral gəmisi Qara dənizdən Azov dənizinə yola çıxıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentlik qeyd edir ki, sularından Rusiya və Ukraynanın istifadə etdiyi Azov dənizi Kerç boğazındakı hadisədən sonra gərginlik zonasına çevrilib.

Xatırladaq ki, noyabrın 25-də Ukraynanın üç gəmisi Rusiya FTX tərəfindən Kerç boğazında saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol