“Mən bilmirəm axı ona necə xahiş edim ki, özünü qorusun. Bir dəqiqəsi belə boş olanda onu insanlara xərcləyən, onların dərdlərinə yanan, harayına qaçan, amma özünü bir an belə düşünməyən təvazökar, zəhmətkeş, insanpərvər bacım”. Minval.info xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova millət vəkili Qənirə Paşayevanın ünvanına yazıb.
Müğənni deputatın Türkiyədə əməliyyat olunduğunu bildirib: “Axı siz birinə bir şey olanda hamımızdan öncə qaçırsınız o adamın harayına. Niyə özünüzün canınız ağrıyanda, yaxud da əməliyyata düşəndə bizim xəbərimiz yoxdur. Onda biz yaxşı dost deyilik.
Niyə sizin yanınızda olmamalıyıq, belə olmalıdır? Niyə heç bir dərdi olmayanlar vampir kimi bəzən canımızı alır. Amma çiynimizdə haqqın ola-ola, sağlamlığınızda problem olur və bundan xəbərimiz olmur.
Bir daha insanlığınızın ali nümunəsini anlatdınız. Allah sizi heç vaxt dara salmasın. Siz Azərbaycana gərəksiniz. Çox üzr istəyirəm, xəbərim olmayıb. Yastığınız yüngül olsun”.


Şərhlər
Qənirə xanım,həqiqətən ordumuzun dostudur.Onun tez-tez cəbhə xəttinə səfərlərini eşidirik.Deputatı əsgər səngərlərini gəzən ölkə düşmənə təslim olmaz!Qənirə xanıma şəfa arzulayırıq!Ürəyi ilə yurda bağlı olanları Tanrı qorusun!
ÖZ GÜNÜNÜZƏ AĞLAYIN,RƏSUL.Q DEMİŞKƏN A BƏDBAXT MİLLƏT.ONUN ƏLİ ÇOX UZUNDU.O DA MİLLİ MƏCLİS "QAZANININ" BİR KOMPANENTİDİR.
MƏSƏLƏN hadı rəcəbli QAZANIN SOĞANIDIRSA BU DA KARTOFUDUR.
bes hani Azerbaycanin shanli sehiyyesi dunya standartini basib kecen? Yoxsa inami yoxdur
Qadan alım deyin ki, milləıtə çox yaxın olmasın! Çox yaxın olar və qısa qapanma verər! Enerjisini bir az cavan nəsil üçün saxlasın. Hamısını xərcləməsin. Bu nöyüt pulu deyil ki, yerin təkindən çıxsın!!!
Kaş millət vəkillərinin heç olmasa 50%-i Qənirə xanım kimi aktiv və xalqa yaxın olaydılar. İnanıram ki vəziyyətimiz bu qədər acınacaqlı olmazdı. ALLAH-dan ona şəfa diləyirəm.
Allah özü kömək ola Qənirə baçımıza....