Menu

Şəmkirdə iki qardaş bıçaqlanıb - Biri ölüb 

29.11.2018, 20:54
Şəmkirdə iki qardaş bıçaqlanıb - Biri ölüb 

Şəmkir rayonunda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Nurəddin Bayram oğlu Əsədoğlu mübahisə zəminində Qapanlı kənd sakinləri - 1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanov və onun qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanovu bıçaqlayıb. Nəticədə E.Əmiraslanov ölüb, onun qardaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. N.Əsədoğlu hadisə yerindən qaçıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Şəmkir Rayon Prakurorluğunda araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol